14:47 13-01-2021
news_image
281
FUTBOL

A seriyasından futbolçu alır – “Mançester Siti”

İtaliyanın “Sassuolo” klubunun futbolçusu Manuel Lokatelli karyerasını İngiltərədə davam etdirmək imkanı qazanıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Mançester Siti”nin maraq dairəsindədir.

Premyer Liqa təmsilçisi 23 yaşlı italiyalı üçün 30 milyon funt sterlinq ödəməyə hazırdır. İki klub arasında razılıq əldə olunsa, Lokatelli A seriyasını Premyer Liqaya dəyişəcək.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə 16 oyunda 2 qol vurub.