14:55 13-01-2021
news_image
387
FUTBOL

“Telstar”ı seçməsinin səbəbini açıqladı - Ozan Can Kökçü

“Bu təklifə müsbət cavab verməyimə əsas səbəb özümü Avropada sınamaq, həmçinin Azərbaycanı və klubum “Sabah”ı Avropada ən yaxşı şəkildə təmsil etmək istəyimdir”.

Apasport.az saytının məlumatına görə, bunu Niderlandın “Telstar” klubuna icarəyə verilən “Sabah”ın yarımmüdafiəçisi Ozan Can Kökçü deyib.

Mövsümün sonuna kimi icarə əsasında Niderlandın 2-ci liqa təmsilçisində keçirəcək gənc oyunçu klubun rəsmi saytına açıqlamasında təəssüratlarını bölüşüb: “Telstar”a bu 6 aylıq müddətdə özümü daha da inkişaf etdirmək və daha üst səviyyəyə qalxmaq üçün yollanıram. Mənə daim dəstək olan “Sabah” ailəsinə təşəkkür edirəm. Burada olmadığım müddətdə də komandamı yaxından izləyəcəyəm. Doğma klubuma uğurlar diləyirəm”.

Qeyd edək ki, Ozan Can Kökçü 2019-cu ilin yayından “Sabah”ın uğurları üçün çalışır. 22 yaşlı yarımmüdafiəçi bu müddətdə 29 oyun keçirib, 1 qola imza atıb.