15:47 13-01-2021
news_image
300
FUTBOL

Ən yaxşı almaniyalını seçdi - Levandovski

“Bavariya”nın hücumçusu Robert Levandovski almaniyalı futbolçular barədə fikirlərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, o, adıçəkilən ölkənin ən yaxşı futbolçusunu da seçib.

Polşalı ulduz futbolçu komanda yoldaşı Yozua Kimmixi fərqləndirib: “Gənc oyunçulardan danışırıqsa, Kimmixi fərqləndirməliyəm. Düşünürəm ki, o, ən yaxşı almaniyalı futbolçudur. Bu ölkədə istedadlı gənclər çoxdur. Amma istedadlarını necə istifadə etmələrindən asılıdır”.

Qeyd edək ki, Robert Levandovski bir çox fərdi mükafatlarla yanaşı, FİFA tərəfindən 2020-ci il dünyanın ən yaxşı futbolçusu seçilib.