15:53 13-01-2021
news_image
387
FUTBOL

Daha bir ayrılıq – “Sabah”da

“Sabah” daha bir futbolçusu ilə vidalaşıb.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Abbas Ağazadə ilə yollarını ayırıb. Əvəzedici heyətin üzvü olan 22 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2019-cu ildən “Sabah”da çıxış edib.

Qeyd edək ki, “Sabah” qış fasiləsində Yevgeni Koçukla sağollaşıb, Ozan Can Kökçünü icarəyə verib.