17:16 13-01-2021
news_image
254
FUTBOL

Superkubok oyununu buraxa bilər - Messi

“Barselona”nın kapitanı Lionel Messi İspaniya Superkubokunun yarımfinal oyununu buraxa bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb argentinalı superulduzun yüngül zədəsinin olmasıdır.

33 yaşlı ön xətt oyunçusu son məşqdə iştirak etməyib. O, La Liqanın ötən turunda “Qranada” ilə matçda (4:0) əzələlərində narahatlıq hiss etdiyi üçün əvəzlənmişdi.

Qeyd edək ki, İspaniya Superkubokunun yarımfinal mərhələsinin ilk matçında “Barselona” bu gün “Real Sosyedad”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.