18:02 13-01-2021
news_image
215
FUTBOL

“Napoli”nin hücumçusunu istəyir – “Parma”

İtaliyanın “Napoli” klubunun futbolçusu Adam Unas karyerasını A seriyasının digər klubunda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçunun xidmətində “Parma” maraqlıdır.

Əlcəzairli futbolçu hazırda “Kalyari”də icarə əsasında çıxış edir. Bu keçidin qış transfer pəncərəsində gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, ötən ay koronavirusa yoluxan futbolçu iki həftəlik karantinə alınmışdı.