23:25 13-01-2021
news_image
145
FUTBOL

Daha bir oyun təxirə salına bilər – Premyer Liqada

“Aston Villa” klubu İngiltərə Premyer Liqasının XIX turunda “Everton”la keçiriləcək oyunun təxirə salınmasını istəyir.

Apasport.az saytının məlumatına görə, Birminhem təmsilçisi bununla bağlı çempionatın təşkilatçılarına rəsmi müraciət edib.

Səbəb kimi, komandada ötən həftə koronavirusa kütləvi yoluxma üzündən məşqçi və futbolçu heyətinin hələ də karantin şəraitində müalicə olunması göstərilib. Son olaraq 9 futbolçu və 5 klub işçisinin testi pozitiv çıxıb. Hətta klubun bazası iki həftəlik bağlanıb.

İngiltərə kubokunda “Liverpul”la görüşə gənclərdən ibarət kollektivlə çıxan “Aston Villa”nın Premyer Liqanın XVIII turunda “Tottenhem”lə bu gün baş tutmalı olan oyunu təxirə salınıb. “Aston Villa” – “Everton” qarşılaşması yanvarın 17-də keçirilməlidir.