09:13 14-01-2021
news_image
117
FUTBOL

18 ildən sonra... - “Bavariya” kubokla vidalaşdı

Almaniya kubokunun son qalibi “Bavariya” 1/16 final mərhələsində mübarizəni dayandırıb.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi gözlənilmədən aşağı liqa təmsilçisi “Holştayn Kil”ə məğlub olub.

2:2 hesabı ilə nəticələnən görüşdə Bundesliqa çempionu penaltilər seriyasında rəqibinə uduzub. Bununla “Bavariya” 2003/04 mövsümündən bəri ilk dəfə ölkə kubokunda aşağı liqa təmsilçisinə yenilərək mübarizəni dayandırıb. Bundan başqa münhenlilər ikinci dəfə elitadan olmayan rəqibinə penaltilər seriyası ilə uduzub. İlk belə hadisə 2000-ci ildə yaşanıb.

Qeyd edək ki, “Holştayn Kil” 1/8 final mərhələsində “Darmştadt”la qarşılaşacaq.