18:52 14-01-2021
news_image
230
FUTBOL

“Neftçi” 3 qol buraxıb qalib gəldi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının lideri “Neftçi” bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri yoxlama görüşündə “Keşlə” ilə üz-üzə gəlib.

Bu, Yunis Hüseynovun yetirmələrinin 2021-ci ildə ilk sınağı olub. “Ağ-qaralar” isə fasilə dövründə ikinci qarşılaşmasına çıxıb. I divizion təmsilçisi “Kəpəz”i minimal hesabla üstələyən “Neftçi” bu dəfə daha güclü rəqiblə üz-üzə gəlib.

“Bakcell Arena”dakı matç bol qollu alınıb. Xüsusən də, ikinci hissədə qarşılıqlı qollar vurulub. Flaqman hər hissədə iki dəfə fərqlənib. Qəsəbə təmsilçisi isə fasilədən sonra rəqibi üç dəfə mərkəzə dəvət edib. Ümumilikdə 7 qolun vurulduğu görüşdə “Neftçi” minimal hesabla qalib gəlib.

Yoxlama oyunu
14 yanvar
17:00. "Neftçi" - "Keşlə" - 4:3
Qollar:
Mirabdulla Abbasov, 10, Tallison Dias, 36, 66, Mamadu Kane, 62 - Nicat Qurbanov, 59, Junior, 61, 79
"Bakcell Arena"