18:25 14-01-2021
news_image
338
FUTBOL

120 dəqiqəlik matçda “Qarabağ” "Zirə"yə qalib gələ bilmədi – YENİLƏNİB

Son Azərbaycan çempionu “Qarabağ” 2021-ci ildə ilk oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu mövsümün ikinci hissəsinə hazırlıq prosesində yeganə yoxlama matçında qüvvəsini sınayıb.

Qurban Qurbanovun yetirmələri turnir cədvəlindəki qonşusu “Zirə”ni sınağa çəkib. “Qarabağ”dan fərqli, bakılılar qış fasiləsində ikinci sınağına çıxıb. “Sumqayıt”a 2:3 hesabı ilə uduzan Rəşad Sadıqovun komandası titullu rəqibi ilə 120 dəqiqə mübarizə aparıb. Çünki üç hissədən ibarət matçın birinci və sonuncu hissəsi 45, ikinci hissəsi isə 30 dəqiqədən ibarət  olub.

“Zirə” ilk yarıda Klesio Baukun dublu sayəsində önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib. Ağdamlılar ikinci hissədə ardıcıl 3 qolla önə keçməyə müvəffəq olub. Son hissədə isə bakılılar status-kvonu bərpa edərək, matçda son nöqtəni qoyublar- 3:3.

Yoxlama oyunu
14 yanvar
16:00. "Qarabağ" - "Zirə" - 3:3
Qollar:
Filip Ozobiç, 50, Mahir Emreli, 61, Abdullah Zubir, 66 - Klesio Bauk, 4, 41, Sərtan Taşkın, 95
Tofiq Bəhramov adına Respublika stadionu