16:54 14-01-2021
news_image
184
FUTBOL

Sumqayıtda sülh - YENİLƏNİB

Bu gün “Sumqayıt”la “Qəbələ” arasında yoxlama oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının ikinci hissəsinə hazırlaşan komandalar “Kapital Bank Arena”da üz-üzə gəlib.

Qolların ilk yarıda vurulduğu qarşılaşmada hesabı Sumqayıtın eyniadlı təmsilçisi açıb. Ayxan Abbasovun yetirmələri Murad Xaçayevin qolu ilə üstünlük qazanıb.

Lakin qonaqlar fasiləyədək hesabda tarazlıq yaradıb. Nikolas Raysel meydan sahiblərinin qapısına yol tapıb.

Qeyd edək ki, bu, Elmar Baxşıyevin yetirmələrinin qış fasiləsində ilk oyunu olub. Bunadək “Zirə”ni 3:2 hesabı ilə yenən “Sumqayıt” isə 2-ci matçını keçirib.

Yoxlama oyunu
14 yanvar
15:00. "Sumqayıt" - "Qəbələ" - 1:1
Qollar:
Murad Xaçayev, 24 - Nikolas Raysel, 42
“Kapital Bank Arena”