17:50 14-01-2021
news_image
155
FUTBOL

“Sabah” avtoqolla sevindi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlaşan “Sabah”la “Səbail” yoxlama oyununda üz-üzə gəlib.

Apasport.az saytının məlumatına görə, bu görüş “Bank Respublika Arena”da baş tutub.

Matçın taleyini bir qol həll edib. Meydan sahibləri avtoqol hesabına qalib gəlib. İkinci hissədə Rauf Əliyev topu öz qapısından keçirib.

Qeyd edək ki, bu, hər iki komanda üçün qış fasiləsində ilk və yeganə sınaq olub.

Yoxlama oyunu
14 yanvar
16:00. "Sabah" - "Səbail" - 1:0
Qol:
Rauf Əliyev, 53 (avtoqol)
"Bank Respublika Arena"