10:29 14-01-2021
news_image
68
FUTBOL

İki oyununun yeri və vaxtı dəqiqləşdi - yığmamızın

Futzal üzrə Azərbaycan milli komandasının növbəti oyunlarının vaxtı və yeri dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki qarşılaşmanın başlama saatı müəyyənləşib.

Yanvarın 29-da Azərbaycan – Slovakiya matçı Bakı İdman Sarayında keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
 
Fevralın 2-də təşkil olunacaq Yunanıstan - Azərbaycan oyunu Afinadakı “Daiss Sports Hall”da baş tuacaq. Görüş saat 20:00-da start götürəcək.