12:07 14-01-2021
news_image
67
FUTBOL

Türkiyəyə yollanma tarixi bilindi - Özilin

“Fənərbaxça” “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin transferini yekunlaşdırmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu ilə şəxsi müqaviləni razılaşdıran Türkiyə klubu londonlularla danışıqların son mərhələsindədir.

33 yaşlı pleymeykerin İstanbula yollanacağı tarix də artıq müəyyənləşib. Almaniya millisinin sabiq üzvünün həftəsonu səfərə yollanacağı və yanvarın 18-də tibbi müayinədən keçdikdən sonra münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə imzalayacaq.