13:00 14-01-2021
news_image
120
FUTBOL

Onilliyin qapıçısını açıqladı - İFFHS

Son 10 ilin ən yaxşı qapıçılarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində 2011-20-ci illərdə ən çox səs toplayan qolkiperlər yer alıb.

Almaniyalı Manuel Noyer onilliyin qapıçısı olub. O, 183 xal toplayıb.

İtaliyalı Canluici Buffon 148 xalla 2-ci, belçikalı Tibo Kurtua 130 xalla 3-cü olub. Digər qapıçılar 100 xaldan az toplayıb.

İlk “onluq”da Uqo Loris (Fransa), Keylor Navas (Kosta-Rika), Yan Oblak (Sloveniya), Petr Çex (Çexiya), Mark-Andre Ter-Şteqen (Almaniya), David de Xea və İker Kasilyas (hər ikisi İspaniya) da yer alıb.