13:13 14-01-2021
news_image
57
FUTBOL

De Bruyneni qabaqladı - Lukaku

Ölkə xaricində çıxış edən ən yaxşı belçikalı futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 2020-ci ilin legioneri adına “İnter”in hücumçusu Romelu Lukaku layiq görülüb.

Azarkeşlər arasında aparılan səsvermədə ikinci yerdə “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne qərarlaşıb. İlk “üçlüy”ü isə “Real”ın qapıçısı Tibo Kurtua qapayıb.

Qeyd edək ki, Romelu Lukaku cari mövsüm A seriyasında keçirdiyi 16 oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə verib.