15:24 14-01-2021
news_image

Qran-pri üçün heyəti açıqlandı – sərbəst güləş yığmamızın

Sabah Fransanın Nitsa şəhərində sərbəst, qadın və yunan-Roma güləşi üzrə Henri Deqlan Qran-pri turniri start götürəcək.

Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək ənənəvi yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşçiləri təmsil edəcək. 

Proqrama əsasən, yanvarın 15-də qadın, 16-da sərbəst, 17-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Bu gün sərbəst güləş yığmamız Qran-pridə iştirak etmək üçün Fransaya yollanıb. Nitsada ölkəmizi baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahir Əmiraslanov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Turan Bayramov (70 kq), Coşqun Əzimov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı 74 kq), Abubakr Abakarov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək. Sabah sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək.

Hazırda Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən yunan-Roma güləşi üzrə millimiz isə Fransaya yanvarın 16-da yollanacaq.

Qeyd edək ki, I kateqoriyalı hakim İntiqam Alıyev Qran-pridə ədaləti qoruyacaq.