
01:56
“Barselona” klubunda prezidentliyə namizədlərin sayı getdikcə azalır.
Apasport.az saytının məlumatına görə, sona qalan 4 iddiaçıdan biri də geri addım atıb.
Bu, Emili Rusardır. O, tələb olunan sayda imza toplasa da, bəzi şübhələr yarandığından, yoxlamanın nəticəsini gözləmədən seçkilərdə iştirakdan imtina edib. Bu isə o deməkdir ki, Kataloniya klubunun yeni rəhbəri ya Joan Laporta, ya Viktor Font, ya da Toni Freyxa olacaq.
Qeyd edək ki, “Barselona”da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.