17:47 14-01-2021
news_image
309
FUTBOL

İki futbolçusu ilə vidalaşır - "Sumqayıt"

“Sumqayıt” klubu iki futbolçusu ilə yollarını ayıracaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib.

O bildirib ki, qazaxıstanlı müdafiəçi Kərəm Sultanov və iranlı yarımmüdafiəçi Adəm Həmati ilə vidalaşacaqlar: “Onlar burada az şans qazandılar, özlərinə də dedik. Adəm bu sistemdə oynamamışdı, çətinlik çəkirdi. Yəqin ki, yaxın günlərdə klub rəhbərliyi bu barədə məlumat verəcək. Çalışacağıq ki, onlar da futbolsuz qalmasın, karyeralarına öz ölkələrində davam etdirsinlər”.

Qeyd edək ki, Adəm Həmatinin “Sumqayıt”dan ayrılacağını ilk dəfə məhz apasport.az məlumat verib.