
15:02
İngiltərə kubokunun “Mançester Yunayted” – “Liverpul” oyununun vaxtı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, 1/16 final mərhələsinin matçı yanvarın 24-də baş tutacaq.
İngiltərə futbolunun nəhəngləri “Old Trafford”da üz-üzə gələcək. Qalib komanda 1/8 finala vəsiqə ilə yanaşı, növbəti mərhələdə evdə oynamaq imkanı qazanacaq.
Qeyd edək ki, 1/32 finalda mançesterlilər “Uotford”u 1:0, liverpullular “Aston Villa”nı 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.