12:55 15-01-2021
news_image
994
DİGƏR NÖVLƏR

Avstraliya açıq çempionatına vəsiqə qazandı, "körpə" adlandırıldı - FOTOSESSİYA

Fevralın 8-də start götürəcək tennis üzrə Avstraliya açıq çempionatına vəsiqə qazanan son idmançılar bəlli olub.

Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsini uğurla adlayanlar sırasında yerli tennisçi Bernard Tomiç də yer alıb.

Avstraliyalı raketka ustası “Böyük dəbilqə”nin 2021-ci ildəki ilk turnirinə vəsiqə qazanması münasibətilə çoxsaylı təbriklər alıb. Tomiçin uğuruna sevgilisi Vanessa Syerra da biganə qalmayıb.

Model öz instaqram səhifəsində Bernardla bağlı paylaşım edib. Vanessa ona təbriki sosial şəbəkə vasitəsilə çatdırıb: “Raketkanın bəzi xüsusi gücləri var. Körpəmi Avstraliya açıq çempionatına yüksəlməsi münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, karyerası ərzində ATP-nin 4 turnirinin qalibi olan Tomiç 2011-ci ildə Uimbldonda 1/4 finala yüksəlib.