16:04 15-01-2021
news_image
484
FUTBOL

1/8 final oyunlarının vaxtı açıqlandı - Azərbaycan kubokunda

Azərbaycan kubokunda mövsümün ilk oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, startı ötən ildən təxirə salınan yarış 1/8 final oyunları ilə başlayacaq.

İki gündə baş tutacaq mərhələnin 4 qarşılaşmasının başlama saatı və yeri dəqiqləşib.

Azərbaycan kuboku
1/8 final
24 yanvar (bazar)
“Səbail” – “Zaqatala”

“ASCO Arena”, 15:00
25 yanvar (bazar ertəsi)
“Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 14:00
“Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”, 17:00
“Qaradağ Lökbatan” – “Zirə”
“Dalğa Arena”, 16:00