16:44 15-01-2021
news_image
339
FUTBOL

Tarixinə düşdü - ən yaxşı seçilməklə

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərə Premyer Liqasında dekabrın ən yaxşı futbolçusu seçilib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis bununla Premyer Liqa tarixinə düşüb.

O, bir təqvim ilində 4 dəfə bu mükafata sahib çıxan ilk oyunçu olub. Fernandeş 2020-ci ilin fevral, iyun və noyabrın da ən yaxşı seçilib. Orta sahə oyunçusu dekabrda keçirdiyi 6 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Dekabrın ən yaxşı baş məşqçisi isə “Aston Villa”nın çalışdırıcısı Din Smit seçilib. Komanda onun rəhbərliyi altında keçirdiyi 5 oyunun heç birində məğlub olmayıb – 3 qələbə, 2 heç-heçə. 49 yaşlı mütəxəssis ilk dəfə bu mükafata layiq görülüb.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 36 xalla turnir cədvəlinə başçılıq edir.