16:57 15-01-2021
news_image
334
FUTBOL

Lövdən böyük üstünlük – ən yaxşı yığma məşqçisi

Son 10 ilin ən yaxşı yığma məşqçiləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 2011-20-ci iləri əhatə edən cədvəlinə Yoahim Löv başçılıq edir.

Almaniyalı mütəxəssis 155 xala malikdir. Fransalı Didye Deşamın aktivində 101 xal var.

İlk “üçlüy”ü braziliyalı Tite qapayır – 81 xal. Uruqvaylı Oskar Tavares və portuqaliyalı Fernando Santuş 74 xal toplayıb.

İspaniyalılar Visente del Boske (72) və Roberto Martines (70), argentinalı Xose Pekerman (55), belçikalı Mark Vilmots və ingiltərəli Qaret Sautqeyt (hər ikisi 53) 10 ən yaxşı mütəxəssis sırasında qərarlaşıb.