22:19 15-01-2021
news_image
374
FUTBOL

Məşqə yenə qatılmadı - Messi

“Barselona”nın kapitanı Lionel Messinin durumu hələ də qeyri-müəyyəndir.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduzun İspaniya Superkubokunun final matçını buraxmaq ehtimalı yüksəkdir.

Zədəli olduğu üçün “Real Sosyedad”la yarımfinal görüşündə iştirak etməyən 33 yaşlı oyunçu bugünkü məşqə də qatılmayıb. Kataloniyalıların oyunöncəsi son məşqi sabah baş tutacaq. Messi sabahkı hazırlığa da qatılmasa, finalda meydana çıxmayacaq.

Qeyd edək ki, “Barselona” ilə “Atletik” arasında final qarşılaşması yanvarın 17-də keçiriləcək.