22:34 15-01-2021
news_image
292
FUTBOL

Zidandan narazıdır – “Real” rəhbərliyi

“Real”ın baş məşqçisi Zinəddin Zidanın son vaxtlardakı heyət seçimi klub rəhbərliyinin ürəyincə deyil.

Apasport.az saytının məlumatına görə, xüsusən də, fransalı mütəxəssisin yarımmüdafiəçi Martin Edeqora qarşı münasibəti madridlilərdə narazılığa yol açıb.

Mövsümün əvvəlində uğurlu çıxışı ilə diqqət çəkən norveçli orta sahə oyunçusuna artıq əsas heyətdə yer verilməməsi birmənalı qarşılanmır. İsko rəhbərlik tərəfindən bəyənilməsə də, Zidan ona daha çox güvənir.

Klub Edeqora heyətdə yer açmaq üçün İskonu mövsümün sonunda “Sevilya”ya satmağı planlaşdırır.