00:26 16-01-2021
news_image
195
FUTBOL

İtalyanların arzusu – Türkiyə millisinin üzvü

“Lill” klubunun müdafiəçisi Zəki Çelik karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu “Roma” başda olmaqla, A seriyasının bir neçə aparıcı klubunun maraq dairəsindədir.

Fransadakı performansı ilə Liqa1-in ən yaxşı müdafiəçiləri sırasında yer alan Türkiyə millisinin üzvü üçün italyanlar 15 milyon avro xərcləməyə hazırdırlar. “Lill”in yeni rəhbərliyi oyunçusunun satışından gəlir götürməyin əleyhinə deyil.

Qeyd edək ki, Zəki Çelikin “Lill” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.