23:01 15-01-2021
news_image
311
FUTBOL

Koronavirusa yoluxdu - Poçettino

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, argentinalı mütəxəssisin testi pozitiv çıxıb. Təcrübəli mütəxəssis dərhal karantinə alınıb və müayinəsinə start verilib.

Qeyd edək ki, son günlər PSJ-də müdafiəçilər Kolen Daqba və Tilo Kerer də koronavirusa yoluxub.