10:22 16-01-2021
news_image
123
FUTBOL

Şimali Amerikadan müştəri – Falkaoya

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Radamel Falkaonu heyətində görmək istəyən komandanın adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, hücumçunun xidmətində ABŞ təmsilçisi “Portlend” maraqlıdır.

Şimali amerikalılar kolumbiyalı forvardı heyətində görmək istəyir. Super Liqa təmsilçisi də 34 yaşlı hücumçunun satışında maraqlıdır və MLS klubu ilə danışıqlar aparır.

Qeyd edək ki, Falkao cari mövsüm Super Liqanın 8 oyununda 5 qol vurub.