10:43 16-01-2021
news_image
133
FUTBOL

Onilliyin bombardir qapıçıları – Seni hamıdan öndə

Onilliyin ən məhsuldar qapıçılarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvələ Rojerio Seni başçılıq edir.

Braziliyalı qolkiper 2011-20-ci illərdə 36 dəfə rəqib qapısına yol tapıb. Perulu Eksar Rozales və paraqvaylı Mario Villasanti hərəyə 10 qol vurub.

3 qapıçının aktivində 9 qol var. Braziliyalı Marsio, argentinalı Luis Ardente və albaniyalı İsli Hidi 4-6-cı yerləri bölüşür.

Qeyd edək ki, İFFHS-in siyahısında 7 və daha çox qol vuran 11 qapıçı yer alıb.