11:37 16-01-2021
news_image
206
FUTBOL

Çempionat dayandırılır – koronavirusa görə

Futbol üzrə Şotlandiya çempionatı dayandırıla bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır. 

Artıq Şotlandiya Futbol Assosiasiyası bununla bağlı klublarla müzakirələrə başlayıb. Qurumun icraçı direktoru Yan Maksvell klublara məktub yazaraq onların yarışı davam etdirmək istəyib-istəməməyini öyrənir.

Maksvellin məktubunda klublardan birinin çempionatı dayandırmaqla bağlı çağırışı da xatırladılıb. O, cavabları yanvarın 18-də alçağına ümid edir. Yekun qərar da bundan sonra verilməlidir.

Qeyd edək ki, 23 turdan sonra “Reyncers” 65 xalla liderdir. 3 oyun az keçirən “Seltik”in 44 xalı var.