12:16 16-01-2021
news_image
331
FUTBOL

Transferdən imtina etdi – “Barselona”

İspaniyanın “Barselona” klubu Erik Qarsiyanın transferindən imtina edib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi İngiltərə “Mançester Siti”sində çıxış edən müdafiəçini bu qış heyətinə qatmaq fikrindən daşınıb.

Klubun prezidenti vəzifəsini icra edən Karles Tuskets bu posta namizədlərlə müzakirələrdən sonra belə qərar verib. Namizədlərdən yalnız biri transferin tərəfdarı olubsa, ikisi əleyhinə çıxıb. Baş məşqçi Ronald Kuman futbolçunun transferində maraqlı olsa da, rəhbərlik onu yayda azad agent kimi heyətinə qatmağa üstünlük verib.

Qeyd edək ki, “Barselona” müdafiəçi ilə şəxsi müqavilənin detallarını öncədən razılaşdırıb.