12:56 16-01-2021
news_image
367
FUTBOL

Avropa Liqasının qrup mərhələsi Premyer Liqadan ciddi fərqlənir” - Mourinyo

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo Qaret Beylin durumuna aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis İspaniya “Real”ından icarəyə götürülən futbolçunun heyətdə saxlanılmayacağı barədə xəbərlərə münasibət bildirib.

Mourinyo Beylə daha çox şans verdiyi Avropa Liqasının qrup mərhələsinin səviyyəsinə də toxunub: “Beylin gələcəyini müzakirə etməmişik. O, klubumuza zədəli gəldi, ilk ayı buraxdı. Biz onu tədricən oyuna alışdırır, Avropa Liqasında forma yığmasına kömək edirik. Amma Avropa Liqasının qrup mərhələsi səviyyəsinə görə İngiltərə Premyer Liqasından ciddi fərqlənir. Pley-off artıq ayrı mövzudur. Qrupda isə fərqli ritm və intensivlik olur. Bu üzdən Beyl Premyer Liqada çox oynamırdı. Üstəlik, Liqa kubokunun “Stok”la matçında da zədələndi. Hamı bilir ki, onun “Real”dakı son dövrü yaxşı keçməyib. Gəlin, yavaş-yavaş irəliləyək və ona mütəmadi şans verək ki, öz yaxşı keyfiyyətlərini göstərsin”.

Qeyd edək ki, Beyl cari mövsüm 12 oyunda 3 qol vurub.