13:28 16-01-2021
news_image
402
FUTBOL

Zidan rəhbərlikdən hücumçu istədi – fransalı transfer siyahısında

İngiltərə “Çelsi”sinin futbolçusu Olivye Jiru karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Real” fransalı hücumçunun xidmətində maraqlıdır.

Forvard komandanı tərk edən Luka Yoviçi əvəzləməlidir. Hücumda rəqabəti artırmaq istəyən Zinəddin Zidan rəhbərlikdən yeni forvardın alınmasını xahiş edib. Qış fasiləsində gənc və məhsuldar oyunçu tapmaq çətin olduğundan madridlilər seçimini Jirunun üzərində dayandırıb.

Qeyd edək ki, “Çelsi”nin hazırda ən məhsuldar futbolçusu olan Olivye komandada qalıb-qalmayacağına qərar verməyib.