13:38 16-01-2021
news_image
380
FUTBOL

“Mançester Yunayted”in futbolçusuna təklif – 12 milyonluq

İngiltərənin “Mançester Yunayted” klubunun İtaliya “Milan”ın icarəyə verdiyi Dioqo Dalot karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi “Barselona”nın transfer siyahısına düşüb.

Lakin kataloniyalılar 21 yaşlı futbolçu üçün 12 milyon avrodan artıq ödəmək istəmir. Milanın portuqaliyalını almaq istəmədəyini nəzərə alan mançesterlilər İspaniya klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Dalot cari mövsüm “Milan”da 14 oyunda 1 qol vurub.