14:26 16-01-2021
news_image
393
FUTBOL

Almaniyadan iki fransalı müdafiəçi - “Liverpul” üçün

İngiltərənin “Liverpul” klubu müdafiəçi probleminin həlli yolunu Almaniyada tapıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Yurgen Klopp “Leypsiq”in iki arxa xətt oyunçusunu sərəncamında görmək istəyir.

Bunlar 21 yaşlı İbraima Konate və 23 yaşlı Dayot Upamekanodur. Sonuncu ilə bağlı məsələyə Bundesliqa klubu da aydınlıq gətirib. Leypsiqlilər 42 milyon avro almadan onu buraxmayacaq. Digər müdafiəçinin də qiyməti 40 milyona yaxındır.

Fransalı cütlük “Leypsiq”in əsas heyət üzvləridir. Cari mövsüm Upamekano 21 oyunda 1 qol vurubsa, Konate 13 görüşdə 1 dəfə fərqlənib.