15:02 16-01-2021
news_image
467
FUTBOL

Özil “Arsenal”la anlaşdı – müqaviləyə xitam verilməsi barədə

Almaniya millisinin sabiq futbolçusu Məsut Özil və İngiltərənin “Arsenal” klubu müqaviləyə xitam verilməsi barədə prinsipial anlaşma əldə edib.

Apasport.az saytının məlumatına görə, danışıqlarda gözlənilməz problem yaranmasa, 32 yaşlı türk yarımmüdafiəçi yaxın günlərdə “Fənərbaxça” ilə müqavilə imzalayacaq.

Özil Türkiyəyə yollanaraq keçidini rəsmiləşdirəcək. O, İstanbul klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Məsut cari mövsüm “Arsenal”ın iştirak ərizəsinə daxil olunmayıb.