
00:45
İngiltərənin “Çelsi” klubu səfər sindromuna son qoyub.
Apasport.az saytının məlumatına görə, rəqib meydanında ardıcıl məğlubiyyətlər alan London təmsilçisi “Fulhem” üzərində qələbəyə sevinib.
XIX tura təsadüf edən 1:0 hesablı qalibiyyət son iki ayda ilk səfər uğuru olub. Frenk Lempardın yetirmələri sonuncu dəfə ötən il noyabrın 21-də “Nyukasl”ı 2 cavabsız qolla yenmişdi.
Ardınca “Everton”a 0:1, “Vulverhempton”a 1:2, “Arsenal”a 1:3 hesabı ilə uduzan “zadəganlar” xala həsrət idi. Londonlular növbəti turda da səfərdə, bu dəfə “Lester”ə qarşı keçirəcək.