15:28 17-01-2021
news_image
202
FUTBOL

Bir addım irəli, iki addım geri – millimizin gözü afrikalılarda

Milli komandaların FİFA reytinqində yığmaların fevral perspektivi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, planetin 210 komandasının fevralın 18-də açıqlanacaq cədvəldə göstərə biləcəyi ən yaxşı və ən pis göstərici bəlli olub.

Hesabat dövründə az sayta oyun keçiriləcəyindən yalnız bəzi komandaları dəyişiklik gözləyir. Heç bir matça çıxmayacaq Azərbaycan yığmasının xal hesabı dəyişməyəcək.

Canni de Byazinin yetirmələrinin aktivində dekabrda olduğu kimi 1180 xal olacaq. Millimiz Estoniya ilə eyni göstəricidə qalacaq.

Ötən ili 109-cu sırada bitirən komandamızın mövqeyi isə dəyişə bilər. Bu, qonşu pillələrdəki komandaların nəticələrindən asılıdır. 

Azərbaycanla Estoniya 108-ci sıradakı Zimbabveni keçmək imkanına malikdir. Bunun üçün afrikalılar uğursuz çıxış etməlidir.

Bir pillə irəliləmək şansı olan yığmamız iki addım geri də düşə bilər. Niger və Liviyanın millimizi arxada qoymaq perspektivi var.

Qeyd edək ki, hesabat dövründə Nigerlə Zimbabve hərəyə üç, Liviya 4 matç keçirəcək.