00:31 17-01-2021
news_image
149
FUTBOL

Heyətə düşməyən futbolçu üçün 20 milyon avro – “Real” qiymət “oxuyur”

İspaniyanın “Real” klubu Alvaro Odriosolanı satmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi özünə lazım olmayan futbolçu üçün yüksək məbləğ tələb edir.

La Liqa klubu müdafiəçi üçün 20 milyon avro qiymət qoyub. Ötən mövsüm Almaniya “Bavariya”sında icarədə olan Alvaro nə Bundesliqada, nə də “Real”da oyun praktikası qazana bilmir.

Qeyd edək ki, müdafiəçi cari mövsüm yalnız 1 matçda meydana çıxıb.