12:12 17-01-2021
news_image
1487
FUTBOL

Rusiya klubuna keçidi rəsmiləşdi - Dmitri Kramarenkonun

Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenko yenidən Moskva MOİK-ində çalışacaq.

Apasport.az xəbər verir ki, bu barədə Rusiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

46 yaşlı mütəxəssis vaxtilə şərəfini qoruduğu komandada qapıçılarla iş üzrə məşqçi vəzifəsinə təyin olunub. O, bu gün yeni komandası ilə birlikdə İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

Qeyd edək ki, 2002-2003 mövsümündə MOİK-in şərəfini qoruyan Dmitri Kramarenko karyerasını başa vurduqdan sonra bir müddət klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Azərbaycan millisində qapıçı məşqçisi vəzifəsində işləyir.