12:18 17-01-2021
news_image
442
FUTBOL

Polşa klubunun hədəfində - Mahir Emreli

Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Mahir Emreli karyerasını Polşada davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, bu barədə adıçəkilən ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, “Zaqlebye” klubu 24 yaşlı forvardın keçidində maraqlıdır. Ön xətt üçün bir neçə futbolçu ilə bağlı araşdırma aparan Lubin təmsilçisinin alternativlərindən biri də məhz Emrelidir. Onun “Qarabağ”la müqavilə müddətinin mövsümün sonuna qədər olmasının Polşa klubu üçün ümidverici olduğu vurğulanıb.

Qeyd edək ki, “Zaqlebye” Polşa Ekstraklasasında 14 turdan sonra 22 xalla 6-cı pillədə qərarlaşıb. Mahir Emreli isə cari mövsüm Premyer Liqada 9 matçda 7 qola imza atıb.