12:35 17-01-2021
news_image
168
FUTBOL

Aparıcı futbolçuları koronavirusa yoluxdu – “Milan”ın

İtaliyanın “Milan” klubunda iki futbolçu koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə “rossonyerlər” rəsmi sayt vasitəsilə məlumat yayıb.

Bildirilib ki, komandadan götürülən testin nəticəsi iki aparıcı oyunçuda – müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Hakan Çalhanoğluda pozitiv çıxıb. Hər iki futbolçu dərhal öz evlərində karantinə alınıb. Onlar komandanın növbəti matçlarını buraxacaq.

Qeyd edək ki, “Milan” A seriyasının XVIII turu çərçivəsində sabah “Kalyari”nin qonağı olacaq.