13:01 17-01-2021
news_image
111
FUTBOL

Baş məşqçisini göndərir – Turin klubu

İtaliyanın “Torino” klubu baş məşqçi Marko Campaolonun fəaliyyətindən narazıdır.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi 54 yaşlı mütəxəssisi istefaya göndərməyi planlaşdırır.

Yaxın günlərdə rəhbərlik çalışdırıcı ilə bir araya gələrək bu məsələni müzakirə edəcək. Son 11 matçda cəmi 1 qələbə qazanan “öküzlər”in dünən A seriyasının XVIII turunda “Speziya” ilə qolsuz bərabərə qalması baş məşqçiyə olan təzyiqi daha da artırıb.

“Torino” hazırda 13 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır.