13:30 17-01-2021
news_image
126
FUTBOL

“Mançester Siti”də hücuma iki namizəd – Lukaku və ya Haland

İngiltərənin “Mançester Siti” klubu ön xəttini gücləndirməyə çalışır.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” hücuma artıq iki namizədini müəyyənləşdirib.

Rəhbərlik Dortmund “Borussiya”sının gənc forvardı Erlinq Haland və “İnter”in qolçusu Romelu Lukaku arasında seçim etmək istəyir. Premyer Liqa təmsilçisi yay transferləri üçün ümumilikdə 200 milyon avro büdcə ayıracaq. Bu məbləğin böyük hissəsinin adıçəkilən hücumçulardan birinin keçidinə xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu mövsüm Haland Bundesliqada, Lukaku isə A seriyasında 12 qol vurub.