14:10 17-01-2021
news_image
194
FUTBOL

“Milan”la anlaşdı – Mario Mandzukiç

Xorvatiya yığmasının sabiq hücumçusu Mario Mandzukiçin klubsuz günləri başa çatır.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard İtaliya klubu “Milan”la anlaşıb.

Son olaraq ötən ilin yayında Qətər təmsilçisi “Əl-Duhail”dən ayrılan qolçu oyunçu “rossonyerlər”lə danışıqları müsbət yekunlaşdırıb. Tərəflərin tezliklə 6 aylıq rəsmi müqaviləyə qol çəkəcəyi bildirilib. O, milanlılara azad agent kimi keçəcək.

Qeyd edək ki, Mario Mandzukiç 2015-2019-cu illərdə İtaliyada “Yuventus”un formasını geyinib.