00:00 18-01-2021
news_image
171
FUTBOL

“Bavariya” və “Barselona” istəyir – almaniyalı hücumçunu

“Zalsburq” klubunun hücumçusu Kərim Adeyemi Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, almaniyalı forvardın İspaniya və ya ölkəsi Almaniyaya köçmək variantı yaranıb.

Çünki “Barselona” və yetirməsi olduğu “Bavariya” 19 yaşlı forvardı transfer etmək üçün mübarizəyə girişib. Ötən ilin yayında “Çelsi”yə keçməkdən imtina edən Adeyemi yeni təklifləri hələlik cavabsız qoyub.

Qeyd edək ki, 2018-ci ildən “Zalsburq”un şərəfini qoruyan Kərim Adeyeminin klubla müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.