00:27 18-01-2021
news_image
218
FUTBOL

Transferini rəsmiləşdirdi - “Fənərbaxça”

Macarıstan millisinin futbolçusu Attila Şalayın “Fənərbaxça”ya transferi reallaşıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu Limassol “Apollon”undan alınan 22 yaşlı oyunçu ilə münasibətləri rəsmiləşdirib.

22 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçdikdən sonra “sarı-lacivərdli” formanı geyinib. O, yeni komandası ilə 4,5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Fənərbaxça”nın digər yeni transferi Məsut Özil də Türkiyəyə yola düşüb.