02:09 18-01-2021
news_image
153
FUTBOL

İstanbula gəldi – Məsut Özil

“Fənərbaxça”nın yeni transferi Məsut Özil Türkiyəyə gəlib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı ulduz futbolçu yeni komandasının rəhbərliyinin göndərdiyi şəxsi təyyarə ilə bir qədər əvvəl İstanbul Hava Limanına enib.

“Arsenal”da komanda yoldaşları ilə vidalaşan Almaniya millisinin sabiq üzvü Londondan İstanbula həyat yoldaşı və qızı ilə birlikdə gəlib. Onun “sarı-lacivərdlilər”lə 3,5 illik müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, “Fənərbaxça” Limassol “Apollon”undan transfer etdiyi macarıstanlı müdafiəçi Attila Şalayla bu gün 4,5 illik sözləşmə imzalayıb.