09:33 18-01-2021
news_image
401
FUTBOL

Müdafiəçisini “Parma”ya göndərdi – “Milan”

İtaliyanın “Milan” klubunun futbolçusu Andrea Konti “Parma”ya keçib.

Apasport.az saytının məlumatına görə, sağ cinah müdafiəçisi icarəyə verilib.

Anlaşmada 26 yaşlı müdafiəçinin icarədən sonra 7 milyon avroya transfer olunması öhdəliyi də qeyd olunub. “Parma” Konti ilə 4,5 illik şəxsi müqaviləni də razılaşdırıb.

Qeyd edək ki, müdafiəçi cari mövsüm 2 oyun keçirib.